“Xətai” stansiyası təmirə bağlandı

Bu gündən "Xətai" stansiyası bağlanıb.

Leqal.info Milli.Az -a istinadən xəbər verir ki,həmçinin "Cəfər Cabbarlı" - "Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılıb. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulub.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, qeyd edilən müddətdə sonuncu dayanacağı "Xətai" stansiyası və ona yaxın ərazilərdə olan şəhər sərnişindaşıma avtobus marşrutlarının hərəkəti "28 May" stansiyası və digər müvafiq istiqamətlərdə tənzimlənəcək. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyi ictimaiyyətə əlavə məlumat verəcək.скачать dle 10.6фильмы бесплатно
27-09-2018, 11:41
Baxıs: 28 011
Reyting: