Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı məlumat yayıb

Müdafiə Sənayesi Nazirliyi “Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb.

Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, nazirliyin saytında dərc olunan məlumata əsasən, bu gün saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Məlumat üçün bildirilir ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.скачать dle 10.6фильмы бесплатно
6-02-2018, 22:39
Baxıs: 19 636
Reyting: