Rəis müavinini güllələyib Mədətovu bıçaqlayanların kimliyi məlum oldu
Bu gecədən başlayaraq Bakıda bir neçə ağır cinayətlər törədən dəstə üzvlərinin kimliyi məlum olub.
Leqal.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Qafqazinfo-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib. Onun sözlərinə görə, dünən axşam Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətova hücum edənlərin tutulması üçün bu gün əməliyyat keçirilib: “Əməliyyat zamanı silahlı şəxslər Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni yaralayıblar. Yaralı zabit hospitala yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır”. E.Zahidov bildirib ki, cinayətkar dəstənin kimliyi müəyyənləşdirilib: “Cinayətkarların idarə etdiyi avtomobilin dövlət nömrə nişanı və kimlikləri müəyyənləşdirilib. Hazırda onları tutulması istiqamətində tədbirlər davam etdirilir”. |
XƏBƏR LENTİ
Bu gün, 08:29
Bu gün, 08:26
Bu gün, 08:23
Bu gün, 08:16
Bu gün, 08:14




































