Müşviq Mədətovun həyatına yeni sui-qəsd təhlükəsi?

Səbail Rayon Polis İdarəsinin əməkdaşları dünən axşam metronun “İçərişəhər” stansiyası yaxınlığında naməlum cinayətkar tərəfindən bıçaqlanan Azərbaycan prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu gücləndirilmiş mühafizə altına götürüblər.

Leqal.info Oxu.Az-a istinadən xəbər verir ki, M.Mədətov ötən gecəni polis bölməsində keçirib.

Hazırda isə o, polis idarəsinin binasındadır.

Hüquq-mühafizə orqanlarındakı mənbələr virtualaz.org-a bildiriblər ki, polis M.Mədətovun həyatına yeni sui-qəsddən ehtiyat edir.

Xatırladaq ki, polis əməkdaşları cinayətkarların tutulmasına cəhd göstəriblər. Amma cinayətkarlar asayiş keşikçilərinə atəş açıblar. Nəticədə Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralanıb.скачать dle 10.6фильмы бесплатно
15-10-2017, 14:15
Baxıs: 411
Reyting: