Azərbaycan vətəndaşı 15 yaşlı qızı zorlayıb və...

Rusiyada yeniyetmə qızı zorlayıb öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.



Leqal.info xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı Əlizadə Qismət Şimali Osetiyadan İnquşetiyaya keçmək istədiyi vaxt polislər tərəfindən yaxalanıb.

Bu cinaəti törətməkdə şübhəli bilinən 26 yaşlı digər şəxs də saxlanılıb. İstintaqın qənaətinə görə, iyulun 10-da Novorossiysk şəhərində saxlanılan şəxslər 15 yaşlı Yekaterina Bibiki zorlayıb öldürüblər. Yeniyetmənin meyiti 3 gün sonra meşə massivlərinin birində aşkar edilib. Məsələ ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub.

Saxlanılan şəxslər ömürlük həbs cəzası ala bilər.
скачать dle 10.6фильмы бесплатно
16-07-2017, 00:46
Baxıs: 635
Reyting: