"JEK"lərə ev pulu ödəyənlərə VACİB XƏBƏR: Gələn ildən etibarən...
Azərbaycanda mənzillərdən yığılan “ev pulu”nun (JEK ödənişi) nələri əhatə etməsi və gələn ildən bu ödənişlərin artıb-artmayacağı məsələsi yenidən gündəmə gəlib. Maraqlıdır, 2026-ci ildən etibarən ev pulunda artım gözlənilir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hazırda JEK-lərin fəaliyyəti hüquqi baxımdan tam tənzimlənmədiyi üçün “ev pulu”nun dəqiq çərçivəsi də müəyyən olunmayıb. ![]() Ekspertin sözlərinə görə, Nazirlər Kabinetinin 2010-cu il qərarından sonra mənzil-istismar sahələri (JEK-lər) faktiki olaraq sovet dövründən qalmış idarəetmə modelini davam etdirir: “Mənzil Məcəlləsində JEK-lərin fəaliyyəti ilə bağlı heç bir əsasnamə yoxdur. Qanunvericiliyə görə 2 və daha çox mənzildən ibarət bina çoxmənzilli bina sayılır və həmin bina özünüidarə təşkilatları tərəfindən idarə olunmalıdır. Lakin bu sistem ölkədə işləmədiyi üçün JEK-lər hələ də fəaliyyətini davam etdirir.” Azadov bildirib ki, hazırda JEK-lərin əsas funksiyası yalnız təmizlik xidməti ilə məhdudlaşır: • Yaşayış ərazilərinin təmizlənməsi • Bina girişlərinin və blokların səliqəyə salınması • Məişət tullantılarının daşınması (bu xidmət qanunla ayrıca tənzimlənir) Ekspertin sözlərinə görə, JEK-lər sakinlərlə müqavilə bağlamalı olduğu halda bunu etmir və ona görə də “ev pulu”nun əhatəsi və məbləği qanuni mexanizmlə təsbit olunmayıb: “Bu qurumlar faktiki olaraq müqaviləsiz şəkildə vətəndaşlardan xidmət haqqı tələb edir. Ona görə də ödənişlərin hüquqi əsaslandırılması yoxdur.” Elnur Azadov bildirir ki, JEK-lərin fəaliyyəti qanunla tənzimlənmədiyi üçün rəsmi qaydada təsdiqlənmiş tarif də yoxdur. Bu səbəbdən 2026-cı ildən hər hansı rəsmi artım gözlənilmir. Lakin JEK-lərin öz təşəbbüsü ilə xidmət haqlarını artırmaq ehtimalı istisna olunmur: “Tənzimləyici tarif olmadığı üçün artımın olub-olmaması yalnız həmin mənzil-istismar sahələrinin öz qərarından asılıdır. Buna görə də rəsmi artımdan danışmaq hələlik mümkün deyil.”. Aynurə İsmayıl |
XƏBƏR LENTİ
Bu gün, 11:20
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15




































