53 saylı məktəbdə şagird döyülüb? - DİN açıqladı

53 saylı məktəbin 7-ci sinif şagirdi Əli Hüseynlinin(ad şərtidir-red.) sinif yoldaşları tərəfindən döyüldüyü iddia edilir. Bu barədə vəkil Mehman Muradlı öz sosial şəbəkə hesabında yazıb.

"53 saylı məktəbdən "xoş" xəbərlər gəlir. 7-ci sinif şagirdini sinif yoldaşları başına ağır zərbələr vurmaqla xəsarət yetiriblər. Hadisə məktəbdə olub", - deyə vəkil bildirib.

Anews.az məsələ ilə bağlı 53 saylı məktəblə əlaqə saxlayıb. Məktəbin adını açıqlamayan işçisi bildirib ki, hadisədən məlumatı yoxdur. Məktəb rəhbərliyi də iclasdadır.

Bakı Şəhər Təhsil İdarəsindən məsələnin araşdırıldığı bildirilib.

Əldə edilən məlumata görə, döyüldüyü iddia edilən uşaq 53 saylı məktəbdə bu il gəlib.

Daxili İşlər Nazirliyi də məsələyə reaksiya verib:

"Bununla bağlı vətəndaş polis orqanına bu gün müraciət edib. Uşaq valideyni ilə birgə polis orqanına dəvət olunub. Hazırda araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək".

Xatırladaq ki, bir gün əvvəl 156 saylı məktəbdə məktəbin keçmiş şagirdi həmin məktəbdə oxuyan 11-ci sinif şagirdi tərəfindən bulinqə məruz qalıb. Baş verən hadisə ilə bağlı məktəbin şagirdinə Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi açılıb.

“Cebhe.info”скачать dle 10.6фильмы бесплатно
21-02-2024, 15:59
Baxıs: 1 180
Reyting: