Məktəbdə narkotik satan şagird aşkarlandı

Bakı məktəblərindən birində ağlasığmaz hadisə baş verib. Belə ki, yetkinlik yaşına çatmayan uşaqları narkotik və psixotrop maddələrdən istifadəyə cəlb edən şagird aşkarlanıb.

Bu barədə Xətai Rayon Polis İdarəsindən məlumat verilib. Baş vermiş hadisə ilə bağlı polisə 138 saylı orta məktəbin direktor müavini, 1975-ci il təvəllüdlü Əhmədova Bikə Elsevər qızı məlumat verib.

O bildirib ki, 2002-ci il təvəllüdlü 10-cu sinif şagirdi T.Qasımov (istintaq maraqlarına görə ad açıqlanmır — red.) öz sinif yoldaşlarına güclü təsir edən psixotrop maddə satır. Bu barədə Əhmədovaya Qasımovun sinif yoldaşları məlumat veriblər.

Hazırda Xətai Rayon Pilos İdarəsinin 34-cü bölməsində faktla bağlı araşdırma aparılır. Yeniyetmə hələlik saxlanılmayıb. Hazırda polis məktəblinin psixotrop maddələri haradan, hansı həcmdə əldə etdiyini və onun nə qədərini satdığını araşdırır.

Polis, həmçinin bildirib ki, sözügedən maddə apteklərdə həkim resepti əsasında satılır. Hazırda faktla bağlı araşdırma davam edir. (Sputnik Azərbaycan)скачать dle 10.6фильмы бесплатно
10-02-2018, 16:46
Baxıs: 29 024
Reyting: