Ukrayna-Rusiya danışıqları hüquqi formatlar hazırlandıqdan sonra aparılacaq

Ukrayna və Rusiya arasında danışıqların dördüncü raundu hüquqi formatlar işlənib hazırlandıqdan sonra baş tutacaq.

“Leqal.info” xəbər verir ki, bu barədə “Kommersant”a müsahibəsində Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

O, qeyd edib ki, belə formatları yaxın gələcəkdə hazırlamaq olar.

"Qarşılıqlı hüquqi formatlar artıq işlənib hazırlandıqdan sonra görüş - danışıqların dördüncü raundu təyin olunacaq. Bu, sabah, o biri gün ola bilər", - Ukrayna rəsmisi bildirib.

Onun sözlərinə görə, yəqin ki, artıq “təkcə söhbət etmək” lazım deyil.

“Biz bütün məsələləri müzakirə etdik, indi bu məsələləri hansısa hüquqi formatlara salmağa çalışırıq”, - Podolyak əlavə edib.скачать dle 10.6фильмы бесплатно
13-03-2022, 12:00
Baxıs: 23 828
Reyting: