Zelenski və Putinin danışıqlarının mümkün mövzuları açıqlandı

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin dialoqu zamanı Ukraynanın neytral statusu müzakirə oluna bilər.

“Leqal.info” xəbər verir ki, bu barədə UNİAN-a açıqlamasında Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

"Bu, ilk növbədə, sülh və atəşkəs haqqında ətraflı söhbət olacaq. Aydın təhlükəsizlik zəmanətləri paketi ilə neytral status da müzakirə oluna biləcək variantdır", - Podolyak deyib.скачать dle 10.6фильмы бесплатно
26-02-2022, 02:10
Baxıs: 26 607
Reyting: