Azərbaycan Ordusunun itkin düşən hərbi qulluqçusunun şəhid olduğu təsdiqlənib
Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.
Leqal.info-nun xəbərinə görə, döyüşlərin ilk günlərindən itkin düşən Mingəçevir sakini, 1990-cı il təvəllüdlü Tağıyev Pərviz Hafiz oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib. Onun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkarlanıb. Şəhid bu gün Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılacaq. P.Tağıyev subay idi. Allah rəhmət eləsin! |
XƏBƏR LENTİ
Bu gün, 16:36
Bu gün, 14:39
Bu gün, 13:15






