Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycan Ordusunun itkin düşən hərbi qulluqçusunun şəhid olduğu təsdiqlənib

Azərbaycan Ordusunun itkin düşən hərbi qulluqçusunun şəhid olduğu təsdiqlənib


Tarix: 5-05-2021, 12:50. Müəllif: admin
Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

Leqal.info-nun xəbərinə görə, döyüşlərin ilk günlərindən itkin düşən Mingəçevir sakini, 1990-cı il təvəllüdlü Tağıyev Pərviz Hafiz oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

Onun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkarlanıb.

Şəhid bu gün Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

P.Tağıyev subay idi.

Allah rəhmət eləsin!скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt