Nazirdən "plyonka" ilə bağlı

Avtomobillərə vurulan "plyonka" ilə bağlı yeni problem ortaya çıxıb.

Leqal.info-nun əldə etdiyi məlumata görə, bu günlərdə bütün şüşələri tünd "plyonka" ilə örtülmüş avtomobil Daxili İşlər Naziri Vilayət Eyvazovun qarşısına çıxıb. Hətta ön şüşəsinə belə "plyonka" vurulmuş avtomobil ilə maraqlanan nazir sürücünün polis əməkdaşı olduğunu öyrənib.

Bundan sonra isə Vilayət Eyvazov bütün polislərin şəxsi avtomobillərindən ümumiyyətlə "plyonka"nı sökməsi ilə bağlı göstəriş verib.

Hazırda polislər şəxsi maşınlarından "plyonka"ları sökür.скачать dle 10.6фильмы бесплатно
12-05-2020, 16:40
Baxıs: 20 393
Reyting: