Məhkəmə Palatanın "Akabe" MMC barədə

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "Akabe” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

“Leqal.info”nun xəbərinə görə, Binəqədi Rayon Məhkəməsi şirkət barədə İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti verib.

Şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu xətaya görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir

"Akabe” MMC 2000-ci ildən fəaliyyət göstərir. Mebel, kafel, süni qranit, hamam otaqları üçün avadanlıqlar və aksessuarların istehsalı və satışı ilə məşğul olan “Akabe” MMC geniş satış şəbəkəsinə malikdir. (Report)скачать dle 10.6фильмы бесплатно
17-10-2019, 15:00
Baxıs: 41 267
Reyting: