Məhkəmə şirkətin cərimələnməsi barədə

Bakı Apelyasiya Məhkəməsi “İMA-ENERGY” MMC-nin cərimələnməsi barədə qərarı ləğv edib.

"Leqal.info"nun xəbərinə görə, Maliyyə Bazarlarına Nəzrət Palatası şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsaaən protokol tərtib edib. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Hakim Vaqif Mursaqulovun sədrlik etdiyi iclasda Nizami Rayon Məhkəməsinin qərarı ləğv edilib və iş üzrə icraata xitam verilib.

Qeyd edək ki, 2006-cı ildə yaradılan “İMA-ENERGY” MMC elektrik yarımstansiyalarının tikintisi və yenidən qurulması, elektrik ötürücü xəttlərin tikintisi, tikinti və söküntü ərazisi üçün müvəqqəti elektrik işləri, yüksək və aşağı gərginlikli hava və yeraltı kabellərin quraşdırma işləri və s. xidmətlər göstərən şirkətdir.скачать dle 10.6фильмы бесплатно
23-07-2019, 15:03
Baxıs: 174 867
Reyting: