Türkiyədə hərbçilərə hücum olub

Türkiyənin Mardin əyalətinin Nusaybin bölgəsində terrorçu PKK qruplaşması silahlılarının hücumu nəticəsində bir əsgər şəhid olub, 2 hərbçi yaralanıb.

“Leqal.info” “Haberler”ə istinadən xəbər verir ki, bu barədə Mardin əyalətinin valiliyi məlumat yayıb.

Bildirilib ki, hücuma məruz qalan hərbçilər Nusaybinin Günyurdu məhəlləsinin Dibek ərazisində yol tikintisinin təhlükəsizliyini təmin edirlərmiş.

Hadisə baş verən ərazidə irimiqyaslı antiterror əməliyyatı keçirilir.скачать dle 10.6фильмы бесплатно
3-08-2019, 11:26
Baxıs: 98 878
Reyting: