Türkiyə yasda
Qardaş Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatlar zamanı 3 əsgəri şəhid olub, daha 3-ü isə yaralanıb.
“Qafqazinfo” İhlas agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, əsgərlər əldəqayırma bombanın partlaması nəticəsində həlak olublar. Partlayış ərazidə axtarış-təmizləmə işləri aparılan zaman baş verib. Bundan əlavə ordunun Bitlis əyalətində PKK terroçularına qarşı apardığı döyüşlər zamanı da 1 əsgər şəhid olub, daha 1-i isə yaralanıb. Yaralı əsgər xəstəxanaya yerləşdirilib. |
XƏBƏR LENTİ
Dünən, 08:56
Dünən, 08:56
Dünən, 08:56
Dünən, 08:56
Dünən, 08:56
Dünən, 08:56
Dünən, 08:56