Ermənistandan Rusiyaya miqrasiya edənlərin sayı
Bu ilin yanvar-aprel aylarında Ermənistandan Rusiyaya miqrasiya edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxalıb.
“Leqal.info” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Qaydar adına Siyasi-İqtisadi İnstitutun araşdırmasında bildirilib. Cari ilin yanvar-aprel aylarında Rusiyaya müxtəlif ölkələrdən miqrasiya edənlərin sayı 98 min nəfər olub. 2018-ci ilin eyni dövründə bu rəqəm 57,1 min nəfər təşkil edib. 2019-cu ilin yanvar-aprel aylarında Ermənistandan Rusiyaya 12,8 min nəfər miqrasiya edib. Bu rəqəm ötən ilin uyğun dövründə 4,9 min nəfər olub. Cari il iyunun 1-də Rusiya ərazisinə 49 mindən çox Ermənistan vətəndaşı gedib. Rusiya ən çox miqrasiya edənlər Qazaxıstan, Tacikistan, Belarus, Moldova və Ukrayna vətəndaşlarıdır. Ukrayana ən çox miqrasiya edən isə Ermənstan vətəndaşlarıdır. |
XƏBƏR LENTİ
Bu gün, 17:09
Bu gün, 09:50
Bu gün, 09:17
Bu gün, 08:58
Bu gün, 08:47
26-05-2023, 12:32
26-05-2023, 12:00
26-05-2023, 11:31