Naxçıvanda orta aylıq

Naxçıvan Muxtar Respublikasında orta aylıq əməkhaqqı artıb.

Bu barədə "Leqal.info" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2019-cu ilin yanvar-mart aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 433,3 manat təşkil edib. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur

Qeyd edilir ki, muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2019-cu ilin yanvar-aprel aylarında 117 milyon 689 min 700 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 98 milyon 313 min 400 ABŞ dolları təşkil edib, 78 milyon 937 min 100 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

2019-cu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 40 milyon 232 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.скачать dle 10.6фильмы бесплатно
21-05-2019, 07:32
Baxıs: 37 785
Reyting: