Moskvada iki qız üç yəmənli kişinin boğazını kəsib

Moskvanın cənub-şərqində iki qız Yəməndən olan üç kişinin boyun nahiyəsinə bıçaq xəsarəti yetirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə münaqişə zəminində baş verib.

Bildirilir ki, kişilər ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.

1994 və 1998-ci il təvəllüdlü qızlar polis tərəfindən saxlanılıb. Onların hər ikisinin əvvəllər sağlamlığa ağır zərər yetirmə səbəbindən məhkum olunduğu məlum olub.

Qızlar və kişilər arasında fikir ayrılığının səbəbləri hələ ki, məlum deyil.скачать dle 10.6фильмы бесплатно
4-03-2019, 07:15
Baxıs: 55 654
Reyting:
  
Teq: Moskva