Rusiya Gürcüstanla əlaqələrin sağlamlaşdırılmasında maraqlıdır

Moskva Tbilisi ilə əlaqələrin sağlamlaşdırılmasında maraqlıdır.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə danışıqlardan sonra deyib.

O bildirib ki, görüş dolğun və konstruktiv olub: "İkitərəfli münasibətlətrin bir çox problemlərini müzakirə etdik. Ticarət, turizm, hava və humanitar əlaqələr daxil olmaqla bir çox sahədə irəliləyişi təsdiqlədik".

Karasin bildirib: "Rusiya gürcü qonşuları ilə onların hazır olduğu dərəcədə əlaqələrin sağlamlaşdırılmasında maraqlıdır".скачать dle 10.6фильмы бесплатно
28-02-2019, 08:33
Baxıs: 45 801
Reyting: