Seninem.Az > Dünya / Manşet Yuxarı > Rusiya Gürcüstanla əlaqələrin sağlamlaşdırılmasında maraqlıdır
Rusiya Gürcüstanla əlaqələrin sağlamlaşdırılmasında maraqlıdırTarix: 28-02-2019, 08:33. Müəllif: admin |
Moskva Tbilisi ilə əlaqələrin sağlamlaşdırılmasında maraqlıdır. Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə danışıqlardan sonra deyib. O bildirib ki, görüş dolğun və konstruktiv olub: "İkitərəfli münasibətlətrin bir çox problemlərini müzakirə etdik. Ticarət, turizm, hava və humanitar əlaqələr daxil olmaqla bir çox sahədə irəliləyişi təsdiqlədik". Karasin bildirib: "Rusiya gürcü qonşuları ilə onların hazır olduğu dərəcədə əlaqələrin sağlamlaşdırılmasında maraqlıdır". Geri Qayıt |