Paşinyanın orduya əlavə vəsait ayrılacağı barədə vədləri inandırıcı deyil
Ermənistanın baş naziri Nikol Paşinyanın orduya 5 il ərzində 2,5 milyard dollar əlavə vəsait ayrılacağı barədə vədləri inandırıcı deyil, çünki o, dəfələrlə öz-özünü inkar edən açıqlamalar verib.
Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu erməni hərbi ekspert Van Ambartsumyan deyib. Onun fikrincə, bu vədə inanmaq həm də ona görə çətindir ki, ölkənin belə ciddi maliyyə ehtiyatları yoxdur: “2,5 milyard dollar. Mən inanmıram ki, onlar bu məbləği tapsın. Hələ Paşinyan Müdafiə Nazirliyinin büdcəsini azaltmasa, məmnun olaram”. Bundan başqa, ekspert Rusiyanın Ermənistana 2,5 milyard dollar kredit ayıracağı ehtimalını istisna edib. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































