Seninem.Az > Dünya / Manşet Yuxarı > Paşinyanın orduya əlavə vəsait ayrılacağı barədə vədləri inandırıcı deyil
Paşinyanın orduya əlavə vəsait ayrılacağı barədə vədləri inandırıcı deyilTarix: 29-01-2019, 16:20. Müəllif: admin |
|
Ermənistanın baş naziri Nikol Paşinyanın orduya 5 il ərzində 2,5 milyard dollar əlavə vəsait ayrılacağı barədə vədləri inandırıcı deyil, çünki o, dəfələrlə öz-özünü inkar edən açıqlamalar verib. Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu erməni hərbi ekspert Van Ambartsumyan deyib. Onun fikrincə, bu vədə inanmaq həm də ona görə çətindir ki, ölkənin belə ciddi maliyyə ehtiyatları yoxdur: “2,5 milyard dollar. Mən inanmıram ki, onlar bu məbləği tapsın. Hələ Paşinyan Müdafiə Nazirliyinin büdcəsini azaltmasa, məmnun olaram”. Bundan başqa, ekspert Rusiyanın Ermənistana 2,5 milyard dollar kredit ayıracağı ehtimalını istisna edib. Geri Qayıt |