Ermənistanda un bahalaşıb
Ermənistanda son günlər aparılan monitorinqlər nəticəsində unun bahalaşdığı məlum olub.
Leqal.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İqtisadi rəqabətin müdafiəsi üzrə Dövlət Komissiyası məlumat yayıb. Belə ki, ötən ayla müqayisədə yüksək keyfiyyətli unun 1 kq-nın topdansatış qiyməti 217 dramdan 226 drama qalxıb. Ümumilikdə şirkətlər tərəfindən qiymət artımı 50 kq-lıq kisə ilə hesablamada 450 dram təşkil edib. Hazırda Ermənistanın antiinhisar qurumu bahalaşmanın səbəbini araşdırır. Qeyd edək ki, 1000 dram təqribən 2 ABŞ dolları təşkil edir. |
XƏBƏR LENTİ
Bu gün, 14:39
Bu gün, 13:15
Bu gün, 13:15
Bu gün, 13:15





