Seninem.Az > Dünya / Manşet Yuxarı > Ermənistanda un bahalaşıb

Ermənistanda un bahalaşıb


Tarix: 2-01-2019, 17:00. Müəllif: admin
Ermənistanda son günlər aparılan monitorinqlər nəticəsində unun bahalaşdığı məlum olub.

Leqal.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İqtisadi rəqabətin müdafiəsi üzrə Dövlət Komissiyası məlumat yayıb.

Belə ki, ötən ayla müqayisədə yüksək keyfiyyətli unun 1 kq-nın topdansatış qiyməti 217 dramdan 226 drama qalxıb. Ümumilikdə şirkətlər tərəfindən qiymət artımı 50 kq-lıq kisə ilə hesablamada 450 dram təşkil edib.

Hazırda Ermənistanın antiinhisar qurumu bahalaşmanın səbəbini araşdırır.

Qeyd edək ki, 1000 dram təqribən 2 ABŞ dolları təşkil edir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt