İranın 7 vilayətində sel və daşqın olub
İranın 7 vilayətində, Ərdəbil, İlam, Xuzistan, Qəzvin, Kirmanşah, Lorestan və Həmədan vilayətində güclü sel və daşqınlar baş verib.
"Leqal.info"nun Trend-ə istinadən məlumatına görə, bunu İranın Xilasetmə və Yardım Təşkilatının sədri Murtaza Səlimi deyib. Onun sözlərinə görə, 1 265 nəfərə yardım göstərilib, 21 nəfər təhlükəsiz bölgələrə köçürülüb. Səlimi Xuzistan vilayətində sel və daşqınlar nəticəsində 1 nəfərin dünyasını dəyişdiyini deyib: “109 mənzil sudan təmizlənib, 41 avtomobil seldən çıxarılıb”. |
XƏBƏR LENTİ
Bu gün, 11:20
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15



































