İranda 6 ayda 47 nəfər bu həbdən ölüb

İranın Mazandaran vilayətində bu ilin ilk yarısında alüminium fosfid həbindən istifadə nəticəsində 47 nəfər dünyasını dəyişib. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 18% artıb.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu İranın Mazandaran vilayəti Ekspertiza İdarəsinin baş direktoru Əli Abbasi deyib.

Onun sözlərinə görə, 6 ayda alüminium fosfid həbindən zəhərlənmə nəticəsində həlak olanların 27-si kişi, qalanları isə qadındır.

Ə.Abbasi əlavə edib ki, alüminium fosfiddən zəhərlənmənin 14 halı 21-30 yaşlı insanlar arasında baş verib.

Bu kimyəvi maddə həşəratlara qarşı istifadə edilir.скачать dle 10.6фильмы бесплатно
3-11-2018, 17:07
Baxıs: 45 414
Reyting: