Seninem.Az > Dünya / Manşet Yuxarı > İranda 6 ayda 47 nəfər bu həbdən ölüb
İranda 6 ayda 47 nəfər bu həbdən ölübTarix: 3-11-2018, 17:07. Müəllif: admin |
İranın Mazandaran vilayətində bu ilin ilk yarısında alüminium fosfid həbindən istifadə nəticəsində 47 nəfər dünyasını dəyişib. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 18% artıb. Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu İranın Mazandaran vilayəti Ekspertiza İdarəsinin baş direktoru Əli Abbasi deyib. Onun sözlərinə görə, 6 ayda alüminium fosfid həbindən zəhərlənmə nəticəsində həlak olanların 27-si kişi, qalanları isə qadındır. Ə.Abbasi əlavə edib ki, alüminium fosfiddən zəhərlənmənin 14 halı 21-30 yaşlı insanlar arasında baş verib. Bu kimyəvi maddə həşəratlara qarşı istifadə edilir. Geri Qayıt |