ABŞ RUSİYANIN 12 ŞİRKƏTİNƏ QARŞI SANKSİYA TƏTBİQ EDİB

ABŞ Ticarət Nazirliyi Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin federal reyestrinin saytında məlumat verilib.

Müvafiq sənəd sentyabrın 26-da rəsmi şəkildə nəşr olunacaq.

Xəbərdə qeyd edilib ki, "qara siyahı"ya "Aerokompozit", "Dayvtexnoserviz", "Gamma" Elmi və İstehsalat Müəssisəsi, "Vektor" Elmi Tədqiqat İnstitutu, "Nilco Group", "Texnologiya" Araşdırma və İstehsalat Müəssisəsi (Obninsk), "Okeanos", "Infotex", "Aviadiviqatel", "İnfoteks", "Syrus Systems", "Vega" Elmi Tədqiqat İnstitutu (Voronej) və digərləri salınıb.

Xatırladaq ki, "Fitch" beynəlxalq reytinq agentliyi Rusiyanın milli borcuna qarşı ABŞ sanksiyalarının tətbiq edilməsini gözləmədiklərini bəyan edib.скачать dle 10.6фильмы бесплатно
25-09-2018, 21:23
Baxıs: 28 631
Reyting: