ADA Universitetində Elmi Tədqiqat və Təlim Mərkəzi bu il fəaliyyətə başlayacaq

ADA Universitetində Elmi Tədqiqat və Təlim Mərkəzi bu il fəaliyyətə başlayacaq.

Bu barədə Trend BP-nin 2017-ci ilin birinci yarısının yekunları üzrə hesabatına istinadən məlumat verir.

BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda ilk dəfə Böyük Verilənlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzini yaradıb. Mərkəz ADA Universitetində yaradılıb və onun nəticəsində həmin universitetdə böyük həcmli verilənlərin təhlili və verilənlər elmi üzrə yeni magistr dərəcəsi proqramı da fəaliyyətə başlayacaq ki, bu da verilənlər üzrə mütəxəssislərə və böyük həcmli verilənlər üzrə analitiklərə olan ehtiyacların qarşılanmasına xidmət edəcək.

Bu yeni mərkəz həm də dövlət qurumlarının və özəl sektor təmsilçilərinin mərkəzdəki resurslardan istifadəsinə imkan yaratmaqla daha geniş təsir dairəsinə malik olacaq. Mərkəz üçün avadanlıqlar artıq quraşdırılıb, hazırda proqramların quraşdırılması aparılır.

Mərkəz 2017-ci ilin dördüncü rübündə fəaliyyətə başlayacaq.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
17-08-2017, 19:31
Baxıs: 479
Reyting: