Ermənistanda nəfəs yolları xərçəngi artır
Ermənistanda 5 il əvvəl 1100 nəfəs yolları, o cümlədən ağciyər xərçəngi halı qeydə alınmışdısa, indi bu göstərici ildə 1900-dən çoxdur.
Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın səhiyyə nazirinin müavini Lena Nanuşyan deyib. Onun sözlərinə görə, 2016-cı ildə 1930 ağciyər, bronx və qırtlaq xərçəngi halları qeydə alınıb. Qeyd olunur ki, 2010-cu ildən ölkədə bu göstərici durmadan artır, xəstəlikdən ölüm halları isə orta hesabla 1050-1200 ətrafındadır. Ermənistan kimi ölkə üçün bu rəqəmlərin az olmadığı deyilir. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































