Bakıda ölüm səviyyəsi azalır
2017-ci ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14 713 doğulmuş körpə qeydə alınıb.
Bakı Şəhər Statistika İdarəsindən APA-ya verilən məlumata görə, bu göstərici əhalinin hər min nəfərinə hesabı ilə 13,2 təşkil edib. Doğulanların 168-i əkiz, 4-ü isə üçəmdir. Doğulan körpələrin 7701 nəfəri, yəni 52,3%-i oğlan, 7012 nəfəri, yəni 47,7%-i isə qız uşağıdır. İlin əvvəlindən Bakı şəhərində 6529 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi ötən illə müqayisədə 6-dan 5,9-a qədər enib. 2017-ci ilin birinci yarısında qeydiyyat şöbələri tərəfindən 6689 nikah və 2420 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6 boşanmaların sayı isə 2,2 olub. Leqal.info |
XƏBƏR LENTİ
17-03-2023, 16:20
17-03-2023, 16:15
17-03-2023, 16:07
17-03-2023, 12:25
17-03-2023, 12:16
17-03-2023, 12:02
17-03-2023, 11:36
17-03-2023, 08:26
17-03-2023, 08:14