ABŞ Ermənistanda bütün tərəfləri konstruktiv dialoqa çağırıb
ABŞ Ermənistanda bütün tərəfləri hakimiyyətin sülh yolu ilə keçməsinin təmin olunması üçün konstruktiv dialoqa çağırır.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu ABŞ dövlət Departamentinin rəsmisi Hezer Hauert bildirib. Hauert bildirib: "Biz hakimiyyətin sülh yolu ilə keçməsinin təmin olunması üçün bütün tərəfləri Ermənistanın konstitusiyası çərçivəsində konstruktiv dialoqa çağırırıq". Qeyd edək ki, aprelin 23-ü Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. Baş nazirin vəzifəsini müvəqqəti icra edən baş nazirin birinci müavini Karen Karapetyan olub. Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb. |
XƏBƏR LENTİ
Bu gün, 09:46
Bu gün, 09:46
Bu gün, 09:46
Bu gün, 09:46
Bu gün, 09:46
Dünən, 08:57
Dünən, 08:57