İrəvan silkələnir: Aksiyaçılar hökumət binasına üz tutdu

Ermənilər küçərələrə çıxaraq Sarkisyan hakimiyyətinə etiraz edir

İrəvanda etiraz aksiyalarının keçirildiyi küçə və prospektlərə xüsusi təyinatlı qüvvələr yeridilib.


Leqal.info Real TV-yə istinadən xəbər verir ki, hazırda polis və xüsusi təyinatlı qüvvələr etirazçıları dağıtmaq üçün hərəkətə keçməyə hazırlaşır.

Nümayişçilər isə hökumət binası tərəf istiqamətlənib

Qeyd edək ki, 100 etirazçı artıq saxlanılıb.
İrəvan silkələnir: Aksiyaçılar hökumət binasına üz tutdu
İrəvan silkələnir: Aksiyaçılar hökumət binasına üz tutdu
İrəvan silkələnir: Aksiyaçılar hökumət binasına üz tutdu
***16:44

İrəvanda polisin tutduğu etiraz aksiyası iştirakçılarının sayı 100-ə çatıb.


Bunu Ermənistan Polisinin mətbuat xidmətinin əməkdaşı Edqar Canoyan bildirib.

“Saat 13.30-a olan məlumata görə, polis bölmələrinə yüz nəfər gətirilib”, - o bildirib.

***14:42

Ermənistanda etiraz aksiyaları davam edir.


Real TV “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, polislə aksiya iştirakçıları arasında münasibətlər getdikcə gərginləşir.

Qarşıdurmalar zamanı aksiyanı işıqlandırmağa gələn jurnalistlərdən biri də yaralanıb. Başından zədə alan jurnalist Tirayr Muradyan xəstəxanaya yerləşdirilib. Jurnalist açıqlamasında bildirib ki, etiraz aksiyası zamanı ona mülki geyimdə olan şəxslər hücum edib.

Bundan başqa, toqquşmalar zamanı polis 33 nəfəri saxlayıb. Saxlanılanlar avtomobillərə mindirilərək ərazidən uzaqlaşdırılıblar.

“News.am” saytının yazdığına görə, aksiya iştirakçıları İrəvan şəhərində ABŞ səfirliyi istiqamətində yürüş keçiriblər. Vətəndaşlaran bəziləri avtomobillərlə yolları kəsib və siqnal verməyə başlayıblar. Aksiya iştirakçılardan bəziləri isə yolları bağlayıblar.

Qeyd edək ki, aprelin 17-də parlamentdə keçirilən xüsusi iclasda Serj Sarkisyan baş nazir seçilib. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.
İrəvan silkələnir: Aksiyaçılar hökumət binasına üz tutdu
İrəvan silkələnir: Aksiyaçılar hökumət binasına üz tutdu
İrəvan silkələnir: Aksiyaçılar hökumət binasına üz tutduскачать dle 10.6фильмы бесплатно
19-04-2018, 18:00
Baxıs: 46 995
Reyting: