Türkiyə Ordusu Afrində son 5 yaşayış məntəqəsini azad edir
Türkiyə Silahlı Qüvvələri (SQ) Afrin bölgəsində son 5 yaşayış məntəqəsində "Zeytun budağı" əməliyyatını davam etdirir.
Trend-in məlumatına görə, bunu Türkiyə SQ Baş Qərargahının rəisi Hulusi Akar deyib. O bildirib ki, bu gün əməliyyat çərçivəsində Türkiyə Ordusu "Azad Suriya Ordusu" ilə birgə Afrində son yaşayış məntəqələrini azad edir. Qeyd edək ki, martın 18-də Türkiyə SQ və "Azad Suriya Ordusu" Afrin şəhərini PYD və YPG terrorçularından azad edib. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. |
XƏBƏR LENTİ
Bu gün, 17:09
Bu gün, 09:50
Bu gün, 09:17
Bu gün, 08:58
Bu gün, 08:47
26-05-2023, 12:32
26-05-2023, 12:00