Tbilisidə fasad şüşəsinin düşməsi nəticəsində xəsarət alan uşaqlardan 3-ü azərbaycanlıdır

Tbilisinin Barataşvili küçəsində üzərinə fasad şüşəsi düşmüş məktəblilərdən 3-ün azərbaycanlı olduğu məlum olub.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, uşaqlar hazırda xəstəxanadadır. Onların vəziyyəti stabildir və sabah evə buraxılacağı gözlənilir.

Uşaqların dediyinə görə, onlar Tbilisiyə ekskursiyaya gəliblər və dayanacaqda düşəndən sonra bədbəxt hadisə baş verib. Onlar şəhərin Zemo Poniçala qəsəbəsində yerləşən 70 saylı məktəbin şagirdləridir.

Qeyd edək ki, bu gün günorta saatlarında Tbilisidə Barataşvili küçəsində yerləşən binaların birindən düşən fasad şüşəsi 6 uşağa xəsarət yetirib. Uşaqlardan biri 14 yaşlı Aslan Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı cinayət işi açılıb, ekspertiza müəyyən olunub.скачать dle 10.6фильмы бесплатно
28-02-2018, 23:42
Baxıs: 20 946
Reyting: