Dağıstanda silahlı hücum nəticəsində ölənlərin sayı artıb
Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramı zamanı baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Leqal.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə RİA Novosti agentliyinə şəhər administrasiyası mətbuat xidmətinin rəhbəri bildirib. “Xəstəxanada daha bir qadın keçinib. Beləliklə, ölənlərin sayı 5 nəfərə çatıb”, deyə o bildirib. *** 18:32 Bu gün naməlum şəxs Dağıstanda karnaval zamanı kütləni atəşə tutub. APA-nın məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. Hadisə Kizlyar şəhərində baş verib. Silahlı şəxs bayram karnavalında insanlara atəş açıb. Nəticədə 4 nəfər ölüb, 4 nəfər də yaralanıb. Cinayətkar hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb. |
XƏBƏR LENTİ
17-03-2023, 16:20
17-03-2023, 16:15
17-03-2023, 16:07
17-03-2023, 12:25
17-03-2023, 12:16
17-03-2023, 12:02
17-03-2023, 11:36
17-03-2023, 08:26
17-03-2023, 08:14