Seninem.Az > Dünya / Manşet Yuxarı > Dağıstanda silahlı hücum nəticəsində ölənlərin sayı artıb
Dağıstanda silahlı hücum nəticəsində ölənlərin sayı artıbTarix: 18-02-2018, 20:10. Müəllif: admin |
Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramı zamanı baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Leqal.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə RİA Novosti agentliyinə şəhər administrasiyası mətbuat xidmətinin rəhbəri bildirib. “Xəstəxanada daha bir qadın keçinib. Beləliklə, ölənlərin sayı 5 nəfərə çatıb”, deyə o bildirib. *** 18:32 Bu gün naməlum şəxs Dağıstanda karnaval zamanı kütləni atəşə tutub. APA-nın məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. Hadisə Kizlyar şəhərində baş verib. Silahlı şəxs bayram karnavalında insanlara atəş açıb. Nəticədə 4 nəfər ölüb, 4 nəfər də yaralanıb. Cinayətkar hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb. Geri Qayıt |