Suriyada Rusiya qırıcısı vuruldu

Suriyanın idlib əyalətində Rusiya Hərbi Kosmik Qüvvələrinin “Su-25” qırıcısı vurulub.

Leqal.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, qırıcı, daşınıla bilən zenit raket kompleksi ilə vurulub. Pilot kapaultdan istifadə edib. O, “Ən Nusra”nın nəzarət etdiyi əraziyə düşüb və döyüşçülərlə atışma zamanı öldürülüb.

Hazırda Rusiya və Türkiyə ölən pilotun cəsədini qaytarılması üçün tədbirlər görür.

Qeyd edək ki, Suriya İnsan Hüquqları Monitorinq Mərkəzinin rəhbəri Rami Əbdülrəhman isə pilotun sağ qaldığını və əsir götürüldüyünü açıqlayıb.
Suriyada Rusiya qırıcısı vurulduскачать dle 10.6фильмы бесплатно
3-02-2018, 21:14
Baxıs: 23 525
Reyting: