Suriyada Rusiya ordusunun generalı həlak olub
Rusiya Silahlı Qüvvələrinin generalı Suriyada həlak olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, general-leytenant Valeriy Asapov minaatanlardan açılan atəş nəticəsində həlak olub. Deyr əz-Zor şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak edən rusiyalı general hərbi müşavirlər qrupuna rəhbərlik edib. V.Asapov komandanlıq tərəfindən ali dövlət mükafatına təqdim olunub. Leqal.info |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































