ABŞ Suriyada hücumların araşdırılması üzrə qətnamə layihəsini yeniləyib

ABŞ tərəfi Suriyada kimyəvi hücumların araşdırılması üzrə qətnamə layihəsini yeniləyib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

ABŞ rəsmisi bildirib ki, bir sıra müddəalar üzrə rəsmi Vaşinqton Rusiyanın hazırladığı qətnamə layihəsi ilə razıdır. "Biz Rusiya ilə işləmək və ortaq məxrəcə gəlmək istəyirik”, deyə N.Heyli qeyd edib.

Rusiya Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına noyabrın 3-də təqdim edib. Sənəd BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Suriyada kimyəvi hücumların araşdırılmasına dair mütəxəssislərinin fəaliyyətinin mandatını 2018-ci ilin mayınadək uzadılmasını nəzərdə tutur.

Leqal.info
скачать dle 10.6фильмы бесплатно
8-11-2017, 01:44
Baxıs: 456
Reyting: