Polisdən qaçan sürücü qatarla TOQQUŞDU
Rusiyanın Xabarovsk diyarında sürücü qəzadan sonra polisdən qaçmağa çalışıb və yük qatarına çırpılıb.
Hadisə avqustun 20-də Amurskda baş verib. Belə ki, polis məmurunun ona tərəf qaçdığını görən sürücü qaza basıb və qatara çırpılıb. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu salondan çıxarıb və saxlayıblar. Kadrlardan da göründüyü kimi, sürücü ciddi xəsarət almayıb. |
XƏBƏR LENTİ
Bu gün, 10:40
Bu gün, 10:27
Bu gün, 10:12
Dünən, 19:08
Dünən, 19:02
Dünən, 17:46



































