Polislər palçıqda batdı-FOTO

Polislər palçıqda batdı-FOTO

Almaniyada etiraz aksiyası keçirən ekoloqlara polis müdaxilə edib. Ekoloqlara müdaxilə edən polisin palçığa ilişib yıxıldığı anlar sosial mediada gündəm olub.

Nümayişçilər təbii həyatın pisləşməsinə diqqət çəkərək, meşələrin linyit mədənləri üçün məhv edildiyini əsas gətirərək enerji şirkətlərinə qarşı etiraz aksiyası keçiriblər.

Barrikadaları yarıb əraziyə daxil olmaq istəyən nümayişçilərlə polis arasında əlbəyaxa dava düşüb.

Əraziyə icazəsiz daxil olan nümayişçilərə polis dəyənəklərlə müdaxilə edib.

Polisin ekoloqlara müdaxiləsi zamanı palçığa ilişib yıxılması sosial mediada gülüş obyektinə çevrilib.
скачать dle 10.6фильмы бесплатно
16-01-2023, 13:50
Baxıs: 358
Reyting: