Ermənistanda 19 yaşlı əsgər özünü öldürdü

Ermənistanda 19 yaşlı əsgər özünü öldürdü

Ermənistan ordusunun əsgəri, 19 yaşlı Erik Karsyanın ölüm səbəbi məlum olub.

Bu barədə  Ermənistan mətbuatı  xəbər verir.

İstintaq Komitəsinin məlumatına görə, o, intihar edib. İstintaq Komitəsi E.Qarsayanın ölüm faktı ilə bağlı cinayət işinin başlandığını elan edib.

İlkin məlumata görə, o, özünə atəş açıb. Qeyd edilir ki, Qarsayan ona təhkim edilmiş AKM avtomatından döş qəfəsi nahiyəsinə atəş açıb.

Yaralı hərbi tibb məntəqəsinə aparılıb və onun öldüyü məlum olub.

Hazırda istintaq və digər əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bununla da avqustun 4-dən Ermənistanın qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı 4 nəfərə çatıb.скачать dle 10.6фильмы бесплатно
11-08-2022, 08:35
Baxıs: 400
Reyting: