8 yaşlı qız intihar edibmiş

Bakıda 8 yaşlı qızın ölümü ilə bağlı cinayət işi başlanılıb.

Leqal.info-nun verdiyi xəbərə görə, noyabrın 27-də 2012-ci il təvəllüdlü Fərəh Nadirova binanın 13-cü mərtəbəsində yaşadıqları mənzildən özünü ataraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, hadisə günü azyaşlının binadan ehtiyatsızlıq nəticəsində yıxılaraq öldüyü deyilirdi.скачать dle 10.6фильмы бесплатно
30-11-2020, 17:47
Baxıs: 23 817
Reyting: