Rusiyanın bu istiqamətdə hücumu dəf edildi – Baş Qərargah

Rusiyanın bu istiqamətdə hücumu dəf edildi – Baş Qərargah

Ukrayna hərbçiləri Verxnekamenski və Seversk istiqamətində Rusiya silahlı qüvvələrinin hücum cəhdlərinin qarşısını alıb.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, ruslar Kramatorsk istiqamətində Verxnekamenski, Starodubovka, Piskunovka, Seversk, Beloqorovka, Qriqorevka, Spornovo və Vyemka yaxınlığında tanklardan, toplardan və raket artilleriyasından atəş açıb.

Ukraynanın hücum aviasiyası, eyni zamanda raket və artilleriya bölmələri müəyyən istiqamətlərdə Rusiya ordusunun hərbi kolonlarına, qüvvələrin cəmləşdiyi ərazilərə uğurla zərbələr endirməkdə davam edir.скачать dle 10.6фильмы бесплатно
23-07-2022, 10:29
Baxıs: 279
Reyting: