Rusiyada təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb
İrkutskda “An-12” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfərin meyitlərinin qalıqları tapılıb.
Leqal.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təcili xidmətdən bildirilib. Təyyarənin göyərtəsindəki daha 3 nəfərin taleyi hələlik naməlumdur. 17:00 İrkutskda “An-12” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. Leqal.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təcili xidmətdən bildirilib. Təyyarənin göyərtəsindəki daha 5 nəfərin taleyi hələlik naməlumdur. 16:39 Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 8 nəfər olan “An-12” təyyarəsi qəzaya uğrayıb. Leal.info TASS-a istinadən xəbər verir ki, məlumatı Sibir Avia-axtarış xilasetmə mərkəzi yayıb. Qeyd olunub ki, təyyarə İrkutsk şəhərindən 7 kilometr aralıda yerləşən Povovarixa yaşayış məntəqəsində qəzaya düşüb. Bildirilib ki, təyyarə Yakutskdan İrkutska uçurmuş. Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarənin qalıqlarının tapılmasını təsdiqləməyib. Hadisə yerinə xilasedicilər göndərilib. |
XƏBƏR LENTİ
Bu gün, 08:57
Bu gün, 08:57
Bu gün, 08:57
Dünən, 10:40
Dünən, 10:40
Dünən, 10:40
Dünən, 10:40