Dünyada koronavirusa yoluxanların sayı 224 milyon nəfəri ötüb

Dünyada COVID-19-a yoluxma ilə bağlı qeydə alınmış halların sayı 224 milyon 272 min 830 təşkil edib.

"Leqal.info" xəbər verir ki, bu barədə ABŞ-ın Cons Xopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, virusun yayılmasının əvvəlindən bu günə kimi COVID-19-dan ölənlərin sayı 4 624 806 nəfərə çatıb.

COVID-19-a 20 milyondan çox yoluxma hallarının çoxu ilə bağlı üçlüyə ABŞ, Hindistan və Braziliya daxildir. ABŞ həm də koronavirus qurbanlarının sayına görə dünyada birincidir.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 10.6фильмы бесплатно
12-09-2021, 11:10
Baxıs: 25 490
Reyting: