Dünyada koronavirus qurbanlarının sayı 383 minə yaxınlaşır
Dünyada koronavirusa yoluxanların sayı 6,4 milyonu ötüb.
"Leqal.info" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. ÜST-ün məlumatına görə, son bir gündə koronavirusa dünyada 129 mindən çox yoluxma qeydə alınıb, ümumilikdə 380 mindən çox insan ölüb. Son məlumatlara görə, son sutkada COVID-19 129 281 yoluxma qeydə alınıb, 4 842 pasiyent ölüb. Beləliklə, dünyada təhlükəli virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 6 416 828 təşkil edir. Pandemiya ərzində ümumilikdə 382 867 insan COVID-19-dan ölüb. Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Qitə ölkələrində 3 022 824 nəfər koronavirus daşıyıcısıdır. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57